Şuşa necə işğal edildi

Şuşanın işğal edilməsi—Qarabağ müharibəsinin intensivləşməsinin ilk mərhələsi hesab olunur.

Image

Ermənilərin Şuşanı ələ keçirməkdə 2 böyük məqsədi vardı.Şuşa hündürdə yerləşdiyi üçün strateji ərazi idi və bundan əlavə Şuşadan Azərbaycan ordusu rahatlıqla Stepanakerti(Xankəndi) artilleriya zərbəsinə məruz qoyurdu.Azərbaycan tərəfinin Çaykənd və Qarabulaq kəndinin blokadasına cavab olaraq ermənilər 1991-ci ilin 24 aprelində  «Alazan»  tipli raketlerle Şuşanı atəşə məruz qoydular.Şuşada bir neçə ev dağıldı və 3 sakin yaralandı.1992-ci ildə Rəhim Qazıyevin əmri ilə 2 «Qrad»  Şuşaya göndərildi.Xankəndi Azərbaycan ordusu artilleriyası üçün aydın mişen rolunu oynayırdı.Azay Kerimov dediklərinə görə,istənilən şəxs səhər tezdən durub koordinatsız rahatlıqla Xankəndini vura bilərdi.Fevralın ortalarında 100-ə yaxın «Qrad» raketləri Xankəndiyə düşmüşdü.

Image

Elbrus Orucov-Şuşanın müdafiəsini təşkil edən komandir

 

Ermənilərin Şuşaya hücumu ərəfəsində Şuşanın müdafiəsində Elbrus Orucov dururdu.Şuşanın alınması ermənilər üçün 1 nömrəli vəzifə idi.Əməliyyata Komando və ya Komandos ləqəbli Arkadi Ter Tatevosyan rəhbərlik edirdi.

Erməni mənbələrinə görə hücumda 1800 erməni əsgəri və 2 T-72 tankı iştirak edirdi.Hücum 8 may gecə 02:30-da başladı.Tatevosyanın fikrincə, Şuşanın alınması azı 3-4 gün çəkməli idi.O ümidvar idi ki,şəhəri müdafiə edənlər panikaya düşüb qaçacaqlar.Hücuma keçən kontingentin əsas hissəsi Şuşaya qərb tərəfdən hərəkət edirdi.Əsgərlərə şəhərdən qaçmağa çalışan yerli əhaliyə atəş açmamaq tapşırılmışdı,ilk məqsəd Şuşanın mühasirəyə alınması idi.Bu mövqedə savaşanlardan biri də daha sonralar Ermənistanın prezidenti olmuş Robert Koçaryan olmuşdu.Şəhəri qoruyan Elbrus Orucov əsgərlərin az olmasını əldə tutaraq geri çəkilmək əmri verdi.Şuşa yalnız 2 tankın hesabına işğal edildi.Döyüş 1 gün davam etdi və ehtimallara görə 300 nəfər həyatını itirdi.Tanklardan biri Azərbaycan Milli Qəhrəmani Albert Aqarunov tərəfindən vuruldu.Həmin vaxtı Şuşanı müdafiə edən 3 komandirlər Elbrus Orucov,Şamil Basayev və Xünkarpaşa İsrapilov idi.Şamil Basayev bütün məsuliyyəti Elbrus Orucova vermişdi,ancaq o, şəhərə gedən yeganə yolu bağlaya bilmədi.

Image

 

Şamil Basayev-Çeçen səhra komandiri

 

Şamil Basayev bununla bağlı belə danışırdı:Şuşa öz taleyinə buraxılmışdı.Üstümüzə təxminən 700 nəfər hücuma keçmişdi.Nə olsun ki?Belə güclü qarnizonla və strateji yerdə olmağımızla biz 1 il davam gətirə bilərdik.Biz  yüksək rütbəli zabitlərdə olan apatiya və ruh düşkünlüyü ilə müqayisədə Azərbaycan əsgərlərində və kiçik zabitlərində olan vətənpərvərlik və ruh yüksəkliyini görəndə çox təəccüblənmişdik.Əsgərlərin çoxunu elə biz komandirlərin axmaq səhvlərinə görə itirdik və maraqlıdır ki,heç kəs bu zabitləri cəzalandırmırdı.Hücuma keçən ermənilərin çoxu Sovet ordusunda Əfqanıstanda qulluq edənlər olduqlarına görə planı yaxşı hazırlanmışdı.Bu hal Şuşanı qoruyan əsgərlərdə ruh düşkünlüyü yaratdı.Onlar bilirdilər ki,Şuşa itirilsə onları əsir belə götürməyəcəklər.Beləliklə güclü qarnizon çökdü.

Etiraf etmək lazımdır ki,Şamil Basayev öz adamları ilə Şuşanı ən son tərk etmişdi.Şuşada bu hadisələr baş verərkən Tehranda Levon Ter Petrosyan ilə Azərbaycan prezidenti səlahiyyətini icra edən Yaqub Məmmədov ilə danışıqlar gedirdi. Yaqub Məmmədov Şuşaya hücumu artıq Bakıya qayıdarkən Tehran aeroportunda eşitdi.Beləliklə sülhlə bağlı İranın göstərdiyi səy də bir nəticə vermədi.Tomas de Vaalın fikrincə Petrosyanın Şuşanın işğal planından xəbəri vardı,ancaq bunun həmin ərəfədə olmasını bilmirdi.Belə görünürdü ki,bu plan azərbaycanlıları aldatmaq və vaxt qazanmaq imkanı güdürdü.Beləliklə Şuşanın işğalı sülh cəhdlərini dondurdu və Qarabağ ermənilərinin Petrosyanı beynəxalq aləmdə alçaltmasına səbəb oldu.

Image

Xünkarpaşa İsrapilov—Çeçen səhra komandiri

Qafqaz Albaniyasının məhv olmuş şəhərləri(xəritələrlə)

Adiabla və Boziata şəhəri–Qafqaz Albaniyası şəhəri

Image

Xəritə 1667-ci ildə fransız kartoqraf Giyom Şanson tərəfindən çəkilib.

 

Adiabla şəhəri Kamilla Treverin yazdıqlarına əsasən  ilk dəfə 2-ci əsrdə yunan tarixçisi Klavdiv Ptolomey tərəfindən adı çəkilir. 19-cu əsrin əvvəllərində  Yanovski şəhərin Şəkinin qərbində,meşəlik ərazidə olduğunu söylədi.Bir müddətdən sonra İlisu və ya Car-Balakən əraziləri içərisində olduğu dəqiqləşdirildi. Sergey Muravyev 1983-cü ildə nəşr elətdirdiyi əsərində isə daha dəqiq Zaqatalanın Əliabad qəsəbəsini göstərir. Onun fikrinə görə,Adiabla Zaqatalanın 15 kilometr cənubunda Qaraçayın sol sahilində yerləşmiş yaşayış məskəni olub

Boziata şəhəri Samuel Consona görə Klavdiv Ptolomey tərəfindən adı çəkilən şəhərlərdən biridir. Ptolomeyin dediklərinə əsasən şəhər Kaysiya və Albana çayları arasında yerləşirdi.Kaysiya Qusarçayın,Albana isə Samur çayının antik adıdır. Muravyevin fikrincə Boziata şəhəri Oğuzun Kərimli kəndi ərazisində olub

 

İuna şəhəri–Qafqaz Albaniyası şəhəri

Image

Xəritə 1535-ci ildə Ptolomeyin yazdıqlarına əsasən Mişel Servet tərəfindən çəkilib.

 

İuna şəhəri Kamilla Treverin yazdıqlarına əsasən  ilk dəfə 2-ci əsrdə yunan tarixçisi Klavdiv Ptolomey tərəfindən adı çəkilir.19-cu əsrdə Yanovski şəhərin Şəkinin Göynük kəndi ərazisində olduğunu iddia etsə də son dövrlərdə rus tarixçi Sergey Muravyev Şəkinin ərazinin Cunud kəndində olduğunu sübut elədi.Maraqlıdır ki,Muravyev Ptolomeyin dedikləri əsasında Cunud kəndində daha bir Qafqaz Albaniyası şəhəri Sanuyunun olduğunu söyləmişdir.

 

Xobota şəhəri

Image

Xəritə 1865-ci ildə alman kartoqraf Karl fon Spuner  tərəfindən çəkilib.

 

Xobota şəhəri hal hazırki Quba şəhəri ərazisində mövcud olmuş Qafqaz Albaniyası şəhəridir.Ptolomey Qafqaz Albaniyası şəhərləri içərisində Xobotanın adını çəkir.Azərbaycanlı tarixçi Yusif Yusifov 1965-ci ildə yazdığı «Quba və «Xaçmaz» adları haqqında kitabında Xobotanı  «xobo» və «ta» hissələrinə ayıraraq müasir Quba sözünün burdan yarandığını iddia etmişdir.

Qarabağda yunanlar yaşayan kənd

Image

Azərbaycanda təxminən 30-a yaxın millətin nümayəndələri yaşayır.  Onların əksəriyyətindən xəbərimiz olsa da tanımadıqlarımız da az deyil.  Bunlardan biri işğal edilmiş torpaqlarımızda yaşayan yunanlardır.

Yunanlar Kəlbəcərin Mehmana kəndində yaşayırlar.  Kənd Tərtərçayın 20 kilometr cənub qərbində yerləşir.  Elə də böyük olmayan kəndin 230 hektar sahəsi var.  Mehmana sözünün mənası qonaq mənasını verən mehman kəlməsindən yaranıb.  Güman edilir ki, yerli əhali qonaq olan yunanlara xitabən bu sözü işlədiblər.  Mehmana kəndinin ətrafındakı kəndlərin əhalisi türklərdən ibarət idi.

Yunanların iddiasına görə onlar bu əraziyə təxminən 300 ildi gəliblər, hətta bu yaxınlarda bununla bağlı geniş tədbirlər keçirdilər. Mehmana faydalı qazıntı cəhətdən çox zəngin yerdir. Mehmanada 37,3 milyon ton qurğuşun,  40,4 milyon ton sink filizləri olduğu ehtimal edilir. 19-cu əsrin ortalarında yunanlar Mehmanaya filiz ehtiyatları axtarışı ilə bağlı gəldiyi hesab olunur. Tarixçilərin dediklərinə görə isə, hələ yunanlar buraya gəlməmişdən əvvəl də yerli sakinlər buralarda gümüş axtarırdılar.  O dövrdəki şərtləri nəzərə alsaq bu axtarışların çox primitiv üsullarla aparıldığı dəqiqdir.  Yerli sakinlərin dediklərinə görə Sovet vaxti bu ərazilərdə qurğuşun çıxarılırdı.  Bu qazıntılar yerli əhalinin sağlamlığını itirməsi bahasına başa gəlirdi.

Rusiya imperiyası dövründə Mehmana kəndi Yelizavetpol quberniyasının Cavanşir uyezdinə daxil idi.  1912-ci ildə çıxan Qafqaz təqviminə görə Mehmanada əsasını yunanlar olmaqla 62 nəfər yaşayırdı.

Mehmanaya yunanların gəlişinin ikinci dalğası 1915-1918-ci illərə düşür.  Həmin dövrdə Osmanlı imperiyasında baş verən proseslər Pont yunanların bir hissəsinin ordan qaçmasına səbəb olmuşdu.  Həmin yunanlardan da bir hissəsi Mehmanaya gəlmişdi.  Sovet dövründə Dağlıq Qarabağ yunanlarının vətənləri Yunanıstanla gediş gəlişinə icazə verilirdi və demək olar ki,onların geyim ehtiyacını Yunanıstan ödəyirdi.

1991-ci ildə başlayan Qarabağ müharibəsində bu ərazidə şiddətli döyüşlər gedib.  1992-ci ilin yay əməliyyatlarında kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu.  Təəssüflər olsun ki, 1993-cü ilin fevralında Mehmana daxil 9 kəndi 3 gün ərzində ermənilər ələ keçirdi.Həmin vaxtdan artıq Mehmana işğal altındadır

Şiddətli döyüşlərə görə kəndin əhalisi yaşadıqları ərazini tərk etdi. Yunanların bir hissəsi elə o vaxt Yunanıstana getmişdi.Müharibədən sonra isə bir hissəsi Mehmanaya geri qayıtdı.

2006-cı ilin statistikasına əsasən kənddə 14 ailə yaşayır.  Ümumi say isə 27 nəfər təşkil edir.  Kənddə şiddətli müharibə getdiyindən evlərin çoxusu dağılmışdı.  Təzəlikcə 6 ev dövlət yardımı hesabına təmir edilib.  Mehmanada radio, televiziya, rabitə xətti bərbad durumdadır. İçməli su da polimetal yataqları çıxarıldığına görə ürəkaçan vəziyyətdə deyil.  Kənddə məktəb, klub və tibb məntəqəsi hal hazırda fəaliyyət göstərir.Nəqliyyat isə asfalt olmadığı üçün çox çətindir.  Ən yaxın normal yol Ağdərə-Heyvalı yoludur ki,2 kilometr kəndin şimalından keçir.  Qışda kəndə gəliş gediş demək olar ki,mümkün deyil.  Kəndin sakinləri kənd təsərrüfarında əl əməyindən istifadə edirlər.  Kənddə olan yeganə traktor Yunanıstan höküməti tərəfindən göndərilsə də minaya düşərək sıradan çıxmışdır.  Yayda isə havası çox sərin olur.  Ağac o qədər çoxdu ki,  günəşin işıqları yerə çatmır.Sərsəng su anbarın kəndin yaxınlığında yerləşir

Mehmananın yaxınlığında 2003-cü ilin payız fəslində  Dağ mədən kombinatı açıblar.Kombinatın orta aylıq istehsalı 16-18 min ton filiz təşkil edir.  Filizlər əsasən qızıl və mis filizləridir ki,onları tam emal etmək üçün Alaverdi metallurgiya kombinatına göndərirlər.  Kombinatda 900 nəfər işləyir.  Kombinatın illik qazancı isə 10-11 milyon dollar civarındadır.

Məşhur şəxslərindən 26 Bakı komissarı İrakli Metaksanı,  tibb elmləri doktoru, vaxtilə Azərbaycan Tibb Universitetinde çalışan Sara Kesovanı, 1924-1949-cu illərdə Bakıda yaşayan və Bakı Konservatoriyasında oxuyan məşhur bəstəkar Nikolay Tiftikidini misal göstərmək olar.

Image

Sovetdən qalan yadigar

Image

Hər bir ölkə sakinləri dünyada müəyyən cəhətlərinə görə fərqlənirlər.Hər kəsə məlumdur ki,sosializmlə idarə olunan ölkələrdə insanların digər iri kapitalist ölkələrinə nəzərən çox kasıb yaşamasına rəğmən intelektual səviyyyələri onları üstələyir.Bunun da səbəbi uşaqların məcburi təhsilə cəlb olunması və hərtərəfli bilgilərlə inkişaf etməsidir

Kapitalist ölkələrdə hər kəs öz sənətini yaxşı bilsə də ümumi dünya görüş bərbad durumdadır.İnsanlar öz işlərindən başqa digər şeylərlə ümumiyyətlə maraqlanmırlar.Hər nə qədər Avropa,Amerika və Uzaq Şərqdəki ölkələr inkişaf etsələr də orda olanda məsələn Azərbaycanı tanıyırsınızmı sualını verərkən mütləq əksəriyyət ya tanımadığını ya da hansısa ərəb ölkəsi olduğumuzu düşünür.

ABŞ-ın dünya ölkələri ilə bağlı məlumatları toplamaq üçün  CIA World Factbook adında almanax stilində referans tipli kitabı vardır.Burda 2010-cu ildə dünya ölkələrinin yazıb oxuma faizləri əks olunub.Qeyd edim ki,yazıb oxuma ilə bağlı qeydlər 15 yaş və ondan yuxarı yaşda olan insanlar arasında aparılıb

Nəticələrə görə dünyanın hal hazırda 84,1 faizi yazıb oxumağı bacarır,bunun 88,6 faizi kişilər,79,7 faizi qadınların payına düşür.Oxuyub yazma bilməyən təxminən 775 milyon adamın əksəriyyəti Çin,Pakistan,Hindistan,Banqladeş,Braziliya,Efiopiya,İndoneziya,Nigeriya və Konqo Demokratik Respublikasının payına düşür.

Siyahıya 100 faiz yazıb oxuma ilə 2 ölkə nəzarət edir:Norveç və Finlandiya.(Cırtdan ölkələr bu siyahıya daxil deyil) 3-cü yerdə isə 99,9 faizlə Cənubi Koreya,4-cü isə 4 ölkə Kuba,Azərbaycan,Estoniya,Latviya bölüşdürürlər.Bu ölkələrdə yazıb oxuma faizi 99,8 faizdir.4-cü yerdə olan ölkələrdən Kubanın hal hazırda sosialist,digər 3 ölkənin isə keçmiş Post-Sovet ölkələri olması maraqlı faktordur.

Ümumiyyətlə siyahıda keçmiş Post-Sovet ölkələrinin hamısında yazıb oxuma yüksəkdir.Xüsusən ağır iqtisadi durumda olan Tacikistanin 99,7 faizi yazıb oxuya bilməsi təqdirəlayiqdir.

Azərbaycanda kişilərin 99,9 faizi,qadınların 99,7 faizi oxuyub yazmağı bilir.Bunun da səbəbi təbii ki,sovet təhsil sisteminin təsiri ilə bağlıdır.Hal hazirda bu təsirin azaldığını şahidi oluruq.Xüsusən son zamanlar dinin Azərbaycan cəmiyyətinin xeyli hissəsinə nüfuz etməsi müşahidə olunur.Nəzərə alsaq ki,bu statistika 2010-cu ildə hazırlanıb hal hazırda bu faizlərin aşağı düşdüyünü proqnozlaşdırmaq olar.Beləliklə biz,Sovetdən yadigar qalan yegane mirasımızı,təhsilimizi itirməyə doğru gedirik

Kənar

Bayatlar

 

Image

Bayatlar Azərbaycan,İraq,İran,Suriya,Türkmənistan və Türkiyədə yaşayan oğuz tayfasıdır.Azərbaycan və Türkmənistan türklərinin subetnik qrupudur.Bayatlar qayı boyu ilə birlikdə 24 oğuz boyuna rəhbərlik edən türk oğuz tayfası olub.Oğuz Kağan dastanında onların adı İl başı qayı-bayat adlanıb.Bayatların adı rəvayətə görə Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb.Böyük tarixçi və döyüşçü Əbülqazi Bahadur xan(1602-1664) özünün məşhur “Şəcəreyi-Tərakimə” əsərində yazmışdır ki, Bayat Oğuz xanın oğlu Gün xanın ikinci oğludur.Səfəvilər dövründə bayatlar əslli zadəganlar hesab edilirdi.16-cı əsrin sonlarına qədər Səfəvi sarayında bu tayfalanın nümayəndələri mühüm hərbi və dövlət vəzifələrini tuturdular.Bayatlar Azərbaycan türkcəsinin cənub dialektində danışırlar.

Böyük Sovet Ensiklopediyasına görə Bayatlar Azərbaycana 13-cü əsrdə monqol işğalçıları ilə birlikdə gəlmişdilər.Onlar əvvəlcə Kiçik Asiya yarımadasında digər səlcuq tayfaları ilə qarışmışdılar.15-ci əsrin sonu 16-cı əsrin əvvəllərində qızılbaşlarla birgə Azərbaycana yerləşdilər.20-ci əsrin əvvəllərində Bayat toponimi Azərbaycanda Göyçayda,Şamaxıda,Qubada,Şuşada və Cavadda mövcud idi.Göyçay uyezdində Bayat-Məlik Ümmüd,Bayat-Qadir-Hüseyn,Cavad uyezdində Bayat,Qubada Sincan Bayat,Uzun Bayat,Şamaxıda və Şuşada Bayat adlı yerlər vardı.

 

Gün xan oğlu Bayat oğuz uruqlarının toplantılarında xanın sağ yanında oturar, oğuz ordusunun sağ qoluna başçılıq edərmiş. Oğuz kübarlarına məxsus “Bəy şülən” deyilən məclislərdə o, xan ilə birlikdə qoçun sağ budunu yeyərdi.

Bayatların bir çox ölkələrə dağılmaları və Dış oğuzların aparıcı qolunu təşkil etmələrini göstərən professor Zəki Vəlidi Toğan yazır: “Şimaldan qalxıb Cənuba yerləşən Uyrat-Uyğurlar, Qayat-Qayalar, Qanıqlıyut-Qanıqlılar və Bayaut-Bayatlar ismini daşıyan qəbilələr əslən türk olub, bir qismi Cingizin zuhuru zamanına qədər moğollaşmış idilər. Cozef Dögün isə bu haqda belə yazır: “Bayatlar Cingiz xana kölə deyil, onun ətrafında toplaşan bir çox qəbilələrdən biridir. Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa boylarına qədər izləri görünən bayatların tarixi varlığı haqqında çeşidli qaynaqlarda geniş bilgilər vardır.”

Bahadur xan Bayatların ana yurdundan danışarkən qeyd edir: “Bayatların qəbilələri çoxdur. Mühümləri “Cidayin nəhri kənarında yaşayan “Cidayin Bayatlar” və Məkrin nəhri kənarında yaşayanlar isə “Məkrin Bayatlar”dır.

Bu haqda geniş məlumat “Türk ensiklopediyası”ndadır. Oradakı məlumata görə, Bayatlar XI yüzildən öncə Sır-Dərya sahillərində və onun şimalındakı bozqırlarda yaşayırdılar.

Onların bir qismi sonradan səlcuq (yaxud türkmən) fəthlərinə qatılaraq Sır-Dəryadan Adalar dənizinə (Egey dənizi) qədər uzanan böyük imperiyaların qurulmasında mühüm rol oynamışdır. XIX yüzilliyin ortalarında Mərəş bölgəsində Zülqədər bəyliyini quran və Sivas ətrafında yurd salmağa çalışan Şam və ya Özoğlu türkləri arasında mühüm bir mövqeyə sahib olan və əksəri bugünkü Yozqad məntəqəsində yerləşən bu bayatlar Şam bayatı adı ilə tanınmışdır.

XV yüzilin başlanğıcında Əyntab ilə Hələb arasında yaşayan bayatlar XVI yüzildə digər türkmənlərlə birlikdə Hələb türkmənlərini meydana gətirmiş, XVI yüzilin əvvəllərində “Bayadi” adı ilə tanınmışlar. Anadolu və Antakyada isə onlar ən məşhur oymaqlar olan Xəfərli, Şərəfli, Qızıldonlu, Ökdənli, Qaracaqoyunlu, Mancanıq, Qanqal və Yeni Eldə yurd salmışlar.

XVI yüzildə bunların bir qismi Qaraman, bir qismi də Adana bölgələrinə köçmüşlər. M.Kalankaytlının “Alban tarixi” əsərində Boqayat adlı yaşayış yerindən – qaladan danışılır və onun Bərdə həndəvərində yerləşdiyi göstərilir. “Alban tarixi”ndəki Boqayat qalası Bərdə ətrafındadır.

Boyat//Bayat//Bayatlılar//Sincan-Boyat//Qızıltəpə-Boyat// Boyatansüxtə//Bayatlı//Keşlakbayat//Əlbayat//Boqayat (Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif ərazilərdə, o cümlədən Azərbaycanda da arealları vardır.

Azərbaycanda məskun yerlərin siyahısı Kitabında isə Bayat adı ilə bağlı aşağıdakı kənd sovetlikləri, kəndlər və onların əhalisinin milli tərkibi göstərilmişdir. 1) Ağcabədi -Bayat kənd sovetliyi, əhalisi 57,9% türklər; 2) Göyçay -Bayat – 146 təsərrüfat, əhalisi 98,2% türk, 3)Şabran, Sincan Bayat b) Uzun Bayat kəndləri 27,150 təsərrüfat, əhalisi 99,9% türk 4) Şamaxı- Bayat 22 təsərrüfat, 88% türk.

Hələ XIX yüzildə Azərbaycanın topoqraf alimi İbrahim ağa Vəkilov Azərbaycanda “Bayat” adlı 5 kənd göstərir. Onlardan biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, o biri isə Şamaxı qəzalarında idi.

Ağcabədinin Boyat kəndinin 17-18-ci əsrlərdə Qarabağda mühüm yaşayış məntəqələrindən biri olduğu dəqiqdir.Abbasqulu ağa Bakıxanov Gülüstani İrəm və Mirzə Adıgözəl bəy Qarabağnamə əsərlərində yazırlar ki,Qarabağ hakimi Pənahəli xan hələ Şuşa qalasını inşa etdirməkdən əvvəl 1747-ci ildə Boyat qalasını tikdirib və oranı xanlığın mərkəzi edib.Bakıxanovun və Mirzə Adıgözəl bəyin dedikləri Boyat qalasının xarabalıqları indi də Ağcabədinin Boyat kəndində qalmaqdadır.Pənah xanı Boyat qalasını tərk edib əvvəl Şah dağında Tarnauta və sonra Şuşa ərazisinə çəkilməyə məcbur edən tarixi ictimai səbəblər bundan bir neçə əsr əvvəl Qarabağdan bir çox bayat ailələrini uzaq yerlərə köçməyə məcbur etmişdi.

Mütəxəssislərdən Qiyasəddin Qeybullayev,Tofiq Əhmədov, Afat Qurbanov da bayat/boyat tayfalarının Azərbaycandakı yaşayış ərazilərini göstərib onların Azərbaycana gəlmə tarixini qeyd etmişlər. B.Budaqov bayat tayfası haqqında danışarkən qeyd edir ki, onlar XIV-XV yüzillərdə Səfəvilər dövlətinin yaranmasında fəal iştirak etmişlər. A.Axundov isə bayatların Azərbaycana gəlişini IX yüzilin ikinci yarısına aid edir. Bu tayfanın adı ilə bağlı Türkmənistandakı yaşayış məskənlərinin (Darqanata, Dənev, Xocambaz və Carcou) adlarını çəkir, onların Boyat toponimi adı ilə adlandığını qeyd edir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı Bayat tayfalarının Azərbaycana gəlişindən söz açmış, onların Səfəvilər tərəfindən indiki Quba qəzasında ləzgiləri tabe etmək və yerli hökmdarların qüvvətlənməsi üçün yerləşdirilməsini qeyd etmişdir. O, həmçinin Bayatların öz adlarını verdiyi kəndlərin adını da göstərmişdir.

Göyçay qəzasında -Boyat-Məlik Umud, Bayat-Nadir, Cavad qəzasında -Sincan Bayat, Uzun Bayat, Şamaxı qəzasında -Bayat Şuşa qəzasında -Bayat. Beləliklə, Azərbaycan ərazisində Ağcabədi rayonunda Boyat kənd adı, Ucar, Neftçala və Şamaxı rayonlarında eyni adlı Boyat kəndi, Dəvəçi rayonunda Boyat və Sincan Boyat kəndləri, Dərbənddə Boyatlar məhəlləsi var. Qərbi Azərbaycanın Quqark (Qara kilsə) rayonunda Bayatlar kəndi olmuşdur.

Tədqiqatçılarımız Bayat adının mənşəyini və mənasını müxtəlif baxımdan açıqlayırlar.XII əsr dünyanın ən böyük dilçilərindən olan Mahmud Kaşğarlı özünün “Türk dilinin lüğəti” əsərində Bayat boyunun adını çəkir və onu Oğuz tayfasının bir qolu kimi göstərmişdir. O, bu sözün “ulu tanrı” mənası verdiyini qeyd etmişdir.İran ensiklopediyasına görə isə Bayat sözü tərcümədə xoşbəxt və tam təmin edilmiş,varlı kimi mənasını verir.

XV əsr türk-uyğur şairi, alim Yusif Balasaqunlu özünün məşhur “Kutadqu bilik” əsərində Bayat adını qeyd edir. O, Bayat tanrı adını çəkir və “Bayat adlı ilə sözüm başladım”-deyə onu yad edir.

Bəzi tədqiqatçılar Bayatın su ilə bağlı ərən-tanrı olduğunu göstərməkdədir. Bu barədə L.N.Qumilyov öz əsərində qeyd etmişdir ki, qədim türklər (o sıradan da azərbaycanlılar) təbiətin sahibləri sayılan və Yer-Su adlandırılan ərən-tanrılara inam bəsləmişlər.

Məhəmməd Füzuli Azərbaycanın hansı rayonundan olub?

Image

Dahi şairimiz Məhəmməd Füzulinin tərcümeyi halını elmi şəkildə öyrənmək ədəbiyyatşünaslığımız qarşısında duran əsas məsələlərdən biridir.Deyilənə görə,şairin atası vaxtilə Azərbaycandan köçüb İraqa getmişdir.Lakin onun Azərbaycanın hansı yerindən köçüb getməsi hələ tam dəqiq müəyyənləşdirilməmişdir.

Hazırda Ağcabədi rayonunun Boyat kəndində də Füzulinin özü və atası haqqında çoxlu rəvayət söylənilir.

Tarixi mənbələrdə bir sıra görkəmli ədəbiyyatşünaslar–Sadiqi bəy Əfşar(Məcməül-Xəvas),Məhəmmədəli Tərbiyət(Danışmandan-e Azərbaycan),professor Körpülüzadə və s. Füzulinin Boyatdan olduğunu yazırlar.

Boyatlar Azərbaycan xalqının tərkibinə daxil olan qədim tayfalardan biridir.Əvvəllər köçəri olan bu tayfa orta əsrlərdə müxtəlif kəndlər şəklində oturaq həyata keçmişlər.Hazırda Azərbaycanda 5 yerdə Boyat kəndi vardır.Ağcabədi rayonundakı Boyat kəndi isə bunların ən qədimi və ən böyüyüdür.Bunu sübut etmək üçün bir sıra faktlar göstərmək olar.Bu faktlardan biri Ağcabədi Boyat kəndinin orta əsr Azərbaycan şəhərlərindın olan Beyləqanın adı ilə bağlı olmasıdır.Boyatlılar söyləyirlər ki,onların ulu babaları Örənqalalı(Beyləqan) imişlər.

Hazırda Boyat kəndinin bir hissəsi Beyləqanlı və yaxud Boyat Beyləqanlı adlanmaqdadır.Bu sonuncu ifadə Boyat kəndinin 13-cu əsrdən,yəni Beyləqan şəhərinin dağıdılmasından qabaq da mövcud olduğunu göstərir.

Bəzi tədqiqatçılar Dədə Qorqudun adının da məhz bu Boyat kəndi ilə əlaqələndirir.Həmin Boyat kəndinin Kitabi Dədə Qorqudda cərəyan edən hadisələrin təsir dairəsində olan Bərdə,Qaraçuq və s. yerlərə yaxın olması bu ehtimala qüvvət verir

Bu kəndin camaatı Füzulini,xüsusən onun atasını yerliləri hesab edirlər.Hətta vaxtilə kənddə mövcud olmuş Lenin adına kolxozun kolxozçuları rəsmi məktubla Azərbaycan SSR Elmlər Akademiyasına,Nizami adına Ədəbiyyat və Dil İnstitutuna və Azərbaycan Sovet yazıçıları ittifaqına müraciət edərək bu məsələni dərindən öyrənib rəsmiləşdirməyi təklif etmişdilər.

Rəvayətlərdə yerli camaat Füzulinin atasıni Süleyman kişi deyə yad edirlər və kəndin Aşıqvəlilər tirəsində—Boyat qalası yanındakı Kərpicli təpəni onun yurd yeri kimi göstərirlər.

Kəndin ağsaqqalları və ziyalılarının dediklərinə görə,Suleyman kişi Boyat kəndindən olub.Onun ata,babası isə bura Örənqaladan gəliblər.Süleyman kişinin burada,Kərpicli təpədə evi olub.O vaxt burada Hindistandan gəlmiş bir hindli mühəndis Boyat kəndinin yanından keçən və Qarqar çayının bir qolu olan Qaraqovudan bir arx ayıraraq,Boyatın cənub şərqindəki düzə su çıxarmışdı.Camaat o arxın qabağına əkin əkib,bağ salmışdı.Sonra həmin arxın üstündə bir kənd əmələ gəlir ki,onu həmin hindli mühəndisin şərəfinə Hindarx adlandırırlar.O hindli mühəndis Süleyman kişinin qızı ilə evlənir.Biraz bundan keçmiş ölkədə qarışıqlıq qopur və Süleyman kişi ilə qonşuları arasında böyük vuruşma olur.Buna görə də,Süleyman kişi öz yeznəsi hindli mühəndisin bələdçiliyi ilə köçüb ölkədən çıxmış və Kərbəlaya getmişdir.Bu tərəflərdən Kərbəlaya köçüb gedənlər çox olub,hətta Çar Rusiyası zamanı Kərbəlaya gedən adamlar orada öz qohumlari ilə görüşüb qonaq qalarmışlar.Süleyman kişi buradan köçəndə Füzuli təzəcə anadan olmuşdu.

Süleyman kişi və oğlu Məhəmməd sonralar Boyata öz qohumlarını görmək üçün buraya gedib gələrmişlər.Onların qohumları Boyat kəndi ilə bitişik olan Beyləqanlı–Aşıqvəlilər tirəsindən olub.Süleyman kişinin yurd yeri olan Kərpicli təpə də elə burdadır.

 

 

80 rus-amerikan təyyarəsi məhv edən azərbaycanlı Nazi pilotu

İkinci dünya müharibəsində Sovet ordusu tərəfində vuruşan azərbaycanlılar barədə az çox məlumatlıyıq.Nasist Almaniyası tərəfində Düdənginski istisna elə bil məlumatımız yoxdur.Azərbaycandan hər 2 tərəfdən  vuruşan hər millətdən nümayəndələr olub,yazdığım kiçik məqalə də bunlardan biri barədədir

Image

Aleksandr Preynfalk 1920-ci ilin iyunun 20-sində Bakıda anadan olmuşdur.Döyüşçü karyerasına unter zabit kimi 77-ci qırıcı  «Herz As» eskadrasında başlayıb.Şərq cəbhəsində uğurla irəliləyən almanların içərisində fərqlənirdi.1942-ci ilin 5 iyulunda Aleksandrın hesabinda 20 qələbə vardı.1 həftə sonra onun vurduğu təyyarələrin sayı artaraq 30-a çatdı.Elə həmin gün onun Messerşmitt Bf 109 qırıcısı vuruldu,təyyarə qəzaya uğrasa da Aleksandr paraşütü açaraq yüngül yaralarla qurtuldu.

31 iyulda 1 uçuşla 2 ədəd İL-2 təyyarəsini vuraraq qələbələrin sayını 40-a çatdırdı.6 avqustdakı 2 uçuşla öz hesabına 4 ədəd Pe-2,2 ədəd MİQ-1,12 avqustdakı 2 uçuşla 2 dəd MİQ-1,İL-2 və YAK-1 vuraraq 50-yə çatdırmışdır.Onun uğurları sürətlə artırdı.5 sentyabrda Aleksandr 1 döyüşlə 2 LAGG-3 və İL-2,15 sentyabrda baş verən gecə döyüşündə daha 2 LAGG-3(Lavoçkin-Qorbunov-Qudkov) vuraraq qələbələrinin sayını 60-a çatdırdı.Bu zamanlar artıq alman ordusu Preynfalkın vətəni Azərbaycana yaxınlaşırdı,ancaq vəziyyət getdikcə Sovetlərin xeyrinə dəyişdi.17 sentyabrdakı səhər uçuşuyla bir neçə LAQQ və İL-2,növbəti gecə isə 3 ədəd MİQ-1,22 sentyabrda gündüz isə İL-2 və LAQQ-3 vuruldu.1 oktyabrdakı döyüşdə daha bir LAQQ-3 vuraraq qələbələrin sayı 71-ə çatdırdı.Bu onun Şərq Cəbhəsində vurduğu sonuncu təyyarə oldu

5 oktyabrda O,qızıl alman xaçı ilə,14 oktyabrda dəmir cəngavər xaçı ordeniylə təltif olundu

Daha sonra feldfebel Preynfalk uzun müddət EJGr Süd təlim yerində təlimatçı olmuşdur.Yalnız 1944-cü ilin yazında İtaliyada döyüşə atıldı.31 Mayda alman as 2 dalbadal qələbə qazandı,2 ədəd Britaniyaya məxsus Supermarine Spitfire vuruldu.9 iyunda isə daha bir ABŞ-a məxsus P-51 Mustanq vuruldu.Daha sonra eskadra hauptmani komandan Teo Lindemann ilə münasibətləri korlandığından onun yeri «Pik As» eskadrasına keçirildi.

Image

26 avqust–1 dekabr arası ober-feldfebel Preynfalk Fransa ile Almaniya arasındakı başlayan müharibədə 3 P-37 və 2 ədəd P-51 vurdu.12 dekabrda o həyatında sonuncu,80-ci qələbəsini qazandı.P-47 Tanderbolt məhv edildi.Onun təyyarəsi  həmin gün Qraben qəsəbəsində,Manheym şəhərinin 38 kilometr cənubunda P-47 tərəfindən vuruldu.Yerə sürətlə enən təyyarədən Preynfalk çıxa bildi,ancaq yerə çox yaxın olduğu üçün paraşütü aça bilmədi.Yerə dəyən Preynfalk ağır zədələr alaraq həlak oldu