Azərbaycanda niyə diktatura olmalıdır?

IMG_2793

Yadıma tarix müəllimimim sinifdə dediyi söz düşür. Azərbaycan ilə İsveçrə ərazi və əhali baxımından bir birilə yaxın ölkədirlər ancaq inkişaf səviyyələri tamamən başqa cürdü. Əgər Azərbaycan ilə İsveçrənin əhalisini yerlerini dəyişsək 3-4 ildən sonra İsveçrə olacaq Azərbaycan, Azərbaycan isə İsveçrə olacaq. Hər şey vətəndaşdan asılıdır.

O zaman bu sözləri müəllimimdən eşidəndə acığıma getmişdi, niyə bizi aşağılayır deyə. Bizim nəyimiz əskikdi almanlardan axı?

Bizdə ölkədə olan intelektualların hər kəsi azadlıq və demokratiya istəyir. Bəli, bundan gözəl bir şey nə ola bilər ki? Ancaq bir sualı öz özümüzə verməliyik. Biz demokratiya və azadlıq istəmək üçün nə etmişik və ya biz bunu istəmək üçün yetişmişik mi?

SSRİ dövründə də bununla bağlı fikirlər vardı. Hətta buna görə SSRİ Birləşmiş Millətlərdə hər zaman tənqid olunurdu. O zaman Amerikalı nümayəndə SSRİ heyətinə bizdə azadlıqdır, hər kəs Ağ evin qabağında höküməti tənqid edə bilər dediyində Brejnevin cavabı orijinal olmuşdu: Bizdə də azadlıqdı, hər kəs Kremlin qarşısında Ağ evi tənqid edə bilər. Bu məsələ bağlı Maksim Qorki öz fikrini belə ifadə edir: Mənə dövlət azadlıq versə cəmiyyət üçün çox pis bir işi etməyəcəyimə kim zəmanət verə bilər?

Biz 70 il qorxu rejimində yaşamış millətik. Bu qorxu rejimi bizdə bir fikir yaradıb, dövlət rəhbəri sərt olmalıdır. Zatən Elçibəyin hakimiyyətdə qalmamasını biz onun yumşaq adam olduğuyla izah edirik. Bəs bizdə çatışmayan nədir? Bizdə psixoloji olaraq bir çox mənfi nüans var: Biz bizə gülərüz olan adama maymaq, çox sərt olana isə əclaf deyəcək düşüncədəyik. Kiçik ikən belə qorxuyla böyüdüldük, qorxu bizi formalaşdırdı. Adi əsgərlikdə belə çavuşun tabeliyində olan əsgərə yumşaq davranması ilə sərt davranması arasında böyük fərq var. Yumşaq davranan Çavuş həmişə o əsgərə görə danlanır, sərt olanda isə əsgər qorxusundan artıq əskik hərəkət eləməyə cəhd belə göstərmir. Bu təkcə əsgərlikdə deyil qarşılıqlı münasibətlərdə də elədir. Səmimi olan insandan hər zaman istifadə edilir, sərt olan kimsəyə qarşı sözlər isə seçilərək söylənilir. Biz hörmət anlayışını daha çox səmimilikdə yox qorxu anlayışı ilə ölçürük.

Nazi Almaniyasında Hitler avtobuslarda bilet almayan şəxsləri ölümlə cəzalandırırdı. Bu qorxu indi Almaniyada mədəniyyət formasını alıb. Azadlıq ilk öncə fikirlərlə başlayır, fəaliyyətlə başa çatır.  Azadlığın fikir olaraq yetişmədiyi bizim kimi ölkələrdə demokratiya anarxiya və xaosa səbəb olur.  İsmini unutduğun bir filmdə bir uşaq mafya babasına sual verər: Sizcə sevərək itaət etmək daha yaxşıdır yoxsa qorxaraq?- Gözəl sualdır, təbii ki hər kəsə xoş olar ki, ona sevərək itaət etsinlər amma mən yenə də qorxaraq itaət edilməsinin tərəfdarıyam. Niyəsini soruşsan əgər sevərək sənə itaət eləyənin xəyanət etmə ehtimalı qorxaraq itaət edəndən daha çoxdur.

 

P.S- Mənim fikrimcə Azərbaycanda demokratiya və azadlıq millət naminə xeyirxah diktatorluq qurulduqdan sonra mümkündür. Bu diktatorluğa misal kimi Sinqapur kimi kiçik ölkəni  Yaponiyadan sonra Asiyanın ən yaxşı yaşam səviyyəsinə qaldıran Li Kuan Yunu göstərmək olar. Çox sərt qanunlarla ölkəni idarə edən Li Kuan Yu həmdə dünyanın ən uzun müddətli baş naziri olub(30 il).Daha bir misal isə Cənubi Koreyanı dünyanın 15 ən güclü dövlətindən birinə çevirən Park Çon Xeni demək olar. Belə bir diktatorluqla “tərbiyələndikdən” sonra liberalizmə keçiddən danışmaq mümkün olar. Bunun üçün də uzun zaman tələb olunur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma