Qarabağın qədim türk tayfası olan dondarlar

Qarabağın qədim elatlarından biri də dondar türkləridir. Onlar haqqında ilk məlumat yunan müəllif Hekatey (miladdan əvvəl 5-ci yüzillik) verir. Miladın ilk çağlarında yaşamış Strabon, Plini, Tatsit və Pentarx da dondarlar haqqında maraqlı məlumatlar qeydə alıblar. Latışev qeyd edir ki, dondarlar indiki Kuban çöllərində yaşamışlar. Dondarlar mənşəcə ən qədim türk tayfalarından sayılır və onların Albaniyada, o cümlədən Qarabağda məskunlaşmalarına bu ərazidə mövcud toponimlər sübut edir. Qubadlı və Tovuz bölgələrində Dondarlı adlı kəndlər var. Onların əhalisi türklərdən ibarətdir. Qazax bölgəsində Dondardağ adlı dağ var, Şabrandakı  Qala-Dondarın xarabalıqları indi də qalmaqdadır. Həmin bölgənin Baş Əmirxanlı kəndində həmin bulaq indi də durur və yerli əhali tərəfindən Dəndər bulaq adlanır.

Diqqət çəkən cəhət budur ki, Şuşa toponiminin açımı məhz dondarlarla bağlıdır. Bəs Şuşa sözü Qarabağda nə vaxtdan işlədilir və nəyi ifadə edir?

Bu suala cavabı antik müəllif Tatsitin əsərlərində rast gəlirik. Şimali Qafqazda yaşayan dondarların mərkəzi şəhəri Şoşu adlanırdı. Miladın 3-4 cü yüzilliklərdə hunların tərkibində olan tayfalar, o cümlədən dondarlar hunlarla birgə Qafqaz Albaniyasına edilən yürüşlərdə iştirak etmişlər. Çox ehtimal ki, bu səfər zamanı dondarlar Qarabağa da gəlmiş, məskunlaşmış və yaşadıqları məkanlardan birinin adını Şoşu olaraq adlandırmışdı. Sonralar fonetik dəyişikliyə uğramış Şoşu indiki formasına – Şuşaya çevrilir. Bu fikri Qarabağda yerləşmiş türk soylu tayfalardan ; sak, peçeneq, kəngər, berendey və başqalarının gəlişi və onların adlarıyla çoxsaylı toponimlər təsdiq edir.

Maraqlıdır ki, 1727-ci ilin dövlət sənədlərində Şuşi adlı kənd Qarabağ düzündə (Ağcabədi bölgəsi), Şoşu isə Qarabağın Çulundur mahalında (Mehri bölgəsi) və indiki Dondarlı (Quba bölgəsi) qeydə alınır. Beləlklə, vaxtilə Şimali Qafqazda məskunlaşmış, sonra isə Albaniya torpaqlarına, o cümlədən Qarabağa axın etmiş sondar, sak, peçeneq, kəngər tayfalarının adları yaşadıqları ərazinin coğrafiyasında öz əksini tapır. Hunların adı ilə bağlı Hunaşen etnonimi də Qarabağda (Xocavənd bölgəsi) məlumdur. Dəşti qıpçaq çölündə Suqnak şəhərinin adı ilə Qarabağda Siqnak toponimi (Xocalı bölgəsi) , İdil şəhərinin adı ilə əlaqədar isə Xocavənddə Ədilli toponimi yaranmışdı

Mənbə: Aydın Qarabağlı -Qarabağ, onun qədim tayfaları və toponimləri (səhifə 55)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma