Adam Oleari

Adam Oleari (alm. Adam Olearius, doğum adı Adam Ölşlegel (alm. Ölschläger); 24 sentyabr 1599, Aşersleben, Saksoniya — 22 fevral 1671, Qottorf qalası, Şlezviq) — məşhur alman alimi, riyaziyyatçı, coğrafiyaşünas və diplomatı

Image

Holşteyn-Qottorp hersoqu III Fridrixin İrana göndərdiyi səfirliyin katibi olmuş və səyahəti zamanı qələmə aldığı hadisələrin təsvir edildiyi 2 kitab nəşr etdirmişdir. Bu kitablarda Rusiya, Azərbaycan və İran haqqında detallı təsvirlər, həmçinin şəkillər yer alır.

İlkin soyadı Ölşlegel (alm. Ölschläger) olsa da, sonradan bu soyadın latınlaşdırılmış variantı olan Olearius soyadını qəbul etmişdir.

Oleari Maqdeburq yaxınlığındakı Aşerslebendə doğulmuşdur.Atası dərzi olan Olearinin anadan olmasında qısa müddət sonra vəfat etmişdi.

Fridrixin saray kitabxanaçısı və riyaziyyatçısı olmuşdur. Rus və ərəb dillərini bildiyinə görə 1633-cü ildə hüquqşünas Filip Kruzius fon Kruzenştern və Hamburqlu tacir Otto Brüggemanın başçılığı altında Rusiya və İrana göndərilən səfirliyə katib təyin edilmişdir. Səfirliyin məqsədi Holşteyn-Qottorp hersoqluğu ilə Səfəvi şahı I Səfi arasında ipək ticarətinə icazə verilməsinə dair müqavilə imzalamaq idi. Həmçinin, ticarət yolları Rusiya ərazisindən keçdiyinə görə rus çarının da icazəsi tələb olunurdu.

Səfirlik 22 oktyabr 1633-cü ildə yola düşdü və Hamburq, Lübek, Riqa, Dorpat (5 ay burada dayanma), Reval, Narva, Ladoqa və Novqoroddan keçərək 14 avqust 1634-cü ildə Moskvaya çatdı. Burada onlar çar Mixail Fyodoroviçlə sərfəli müqavilə imzalayaraq hersoqun bu müqaviləni təsdiqləməsi üçün dərhal Qottorpa geri qayıtdılar.

Image

Qottorp qlobusu–Adam Oleari tərəfindən düzədilən və ölümündən sonra 1-ci Pyotra hədiyyə edilən qlobus

 

Bu məsələ həll edildikdən sonra, səfirlik İrana getmək üçün 22 oktyabr 1635-ci ildə Hamburqdan yola çıxaraq, 1636-cı il martın 29-da Moskvaya çatmışdır. İyunun 30-da buradan ayrılaraq Nijni Novqorod yaxınlığındakı Balaxnaya yola düşmüş və burada Volqa çayında əvvəlcədən hazırlanmış gəmiylə Xəzər dənizinə və oradan cənuba hərəkət etməyə başlamışdır.30 iyulda Volqanın aşağısıyla hərəkət edən gəmi güclü fırtınaya görə o zamankı Nizabad kəndində sahilə yan aldı.(Nizabad kəndi Xaçmazın indiki Niyazoba kəndidir)

14 noyabr 1636-cı ildə Dərbəndə gedən səfirlik, buradan cənuba doğru quru yolu ilə hərəkətə başladı. Dərbənddə olarkən Oleari yerli əhalidən bir sıra maraqlı rəvayətlər yazıya almışdır. Dədə Qorqud məzarını, Burlaxatun türbəsini ziyarət etmiş, hətta məzarların yerləşdiyi ərazini də təsvir etmişdir. Şamaxıda 3 ay şahın cənuba hərəkət etmələrinə dair icazə verməsini gözləmiş və ƏrdəbilSultaniyyə və Qəzvindən keçərək 3 avqust 1637-ci ildə şahın paytaxt İsfahandakı sarayına çatmışdır. Səfəvilərlə danışıqların başlıca məqsədi ipək ticarəti idi.Səfirliyin üzvləri 16 avqustda Şah I Səfi tərəfindən qəbul edilirlər.Buradakı danışıqlar Moskvadakı kimi uğurlu alınmır və səfirlik 21 dekabr 1637-ci ildə İsfahanı tərk edib, RəştLənkəranHəştərxanKazan, Moskva və s. şəhərləri keçərək geriyə qayıdır.

Image

“Moskvaya səyahətin təsviri” kitabında Şamaxını təsvir edən qravüra (1656)

 

İrandan qayıtdıqdan sonra Oleari saray kitabxanaçısı və riyaziyyatçısı kimi Qottorpda məskunlaşdı. 1643-cü ildə yenidən Moskvada olmuş və çar tərəfindən burada qalmaq barədə xahişi qəbul etməyərək Almaniyaya geri qayıtmışdır.Oleari öz dövrünün ən yaxşı alman nasirlərindən biridir. O, fars şairi Sədinin “Gülüstan” əsərini alman dilinə tərcümə edərək, “Persianisches Rosenthal” başlığı altında 1654-cü ildə Şlezviqdə nəşr etdirmişdir. Həmçinin o, fars dili lüğəti hazırlasa da, bu yalnız əlyazma şəklində qalmışdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma