Qarabağda yaşamış qədim türk tayfaları Sode və sodaklar

Qədim Qarabağın etnik tərkibində sode və sodaklar adlı türk mənşəli tayfalar da daxildir. Ərməni tarixçisi Movses Xorenatsi miladin 1-ci yüzilliyinin ortalarında Arsak əyalətində Kür çayının cənubundakı ərazilərin alban hakimi Aran haqqında danışanda yazır ki, utilər, qarqarlar və sodelər(əslində sodeylər) Aranın nəslindəndilər. Bu məzmunda məlumata Moisey Kalankatuklunun salnaməsində də rast gəlinir. Lakin alban tarixçisi Sode tayfasının adını bir qədər başqa formada Savdey kimi işlədir. 1727-ci ilə aid bir sənəddə Qarabağ ərazisində Sadak- Tor yaşayış nahiyyəsinin adı çəkilir. Sodak, beləliklə etnonimdir, tor türk dillərində torpaq örüşü mənasındadır. Tarixi mənbələrdən də məlum olur ki,sadaklar Albaniyanın və Qərbi Azərbaycanın yaylaq yurdlarında məskunlaşmışdılar.

Maraqlıdır ki, 18-ci əsrin 1-ci yarısına aid digər bir sənəddə Sadak adlı nahiyyənin Azərbaycanla Gürcüstanın sərhədində yerləşdiyi göstərilir. Sadak etnonimi Tovuz və Qazax bölgələrində Sadıqlı və Borçalı qəzasında üç Adaxlo kəndi, Axalkələk qəzasında Sadıxlı, tarixi Qərbi Azərbaycanda Sadaxlı kənd xarabalıqları və bir sıra başqa etnonimlər eyni mənşəlidir.

Ərməni tarixçisi S.T.Yerimyan yazır ki, Sodak, yaxud Sotk adlı mahal Ərmənistan adlı ərazidə Basarkeçər bölgəsini əhatə edirdi. Sodk, yaxud sotk –  etnonim olub Albaniyada yaşamış Savdey tayfasının adından götürmüşdür. (Hərçənd bu tayfanın adı M.Xorenatsinin əsərində Sode formasında işlədilir)

Deməli, Ərmənistana qatılmış Sotk mahalı öncə –  tarixən Albaniya torpaqları imiş. Çox ehtimal ki, miladdan əvvəl 2-ci yüzillikdə bu mahal işğal olunmuş və Ərməniyyənin tərkibinə qatılmışdır. Sonrakı yüzilliklərdə Ərməniyyənin süqutundan sonra bu ərazi öz əzəli sahiblərinə – albanlara qaytarılmışdır. Alban tarixçisi Moisey Kalankatukluya məxsus salnamədə Albaniyada Sodeik mahalının adı çəkilir.

Belə məlum olur ki, qədim albanlara məxsus sadak türk ailələri Arsakda(Qarabağda), Albaniyanın Gürcüstanla sərhəd bölgələrində və Qərbi Azərbaycanda yaşayıblar. Qədim azər türkcəsində danışan sadaklar Güney Azərbaycanda Sadaklı kəndləri salaraq da məskunlaşırlar.

Sat, sadak, satak adlı türk tayfalarının adını yaşadan etnonimlər türk dünyasında geniş yayılmışlar.Sataklar adında türklər Orta Asiyada və Altayda indi də yaşayırlar.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma