Azərbaycan və Ermənistanda tarixi saxtakarlıq

Hər iki respublikada dövlət səviyyəsində saxtakarlıq əsasən az qala ibtidai icma quruluşu zamanında başlasa da yazdığım yazıda əsasən xanlıqlar və Çar Rusiyası zamanından bəhs edəcəyəm. Bilindiyi bu 2 respublika SSRİ dağıldıqdan sonra aktiv olaraq tarix sahəsində saxtalaşdırma siyasətinə başladı.(Bu siyasət SSRİ-də Stalin zamanı əsası qoyulmuş və SSRİ-nin dağılmasından sonra güclənmişdi).Azərbaycan öz dövlətçilik tarixini mənşəyi indiyə kimi tam bəlli olmayan Mannaya, Ermənistan isə yazıları indiyə kimi qalan və qafqazdilli hurrilər olduğu sabit olan Urartuya  bağlamağa çalışır. Realda isə ermənilər bu ərazilərə Urartunun süqutu ərəfəsində, indiki azərbaycanlılara dilini verən türklər isə Səlcuq türklərinin axını ilə 11-ci əsrdə gəlmişdi. Çar Rusiyasının işğalı ərəfəsində indiki Ermənistanda demoqrafik üstünlük  azərbaycanlıların lehinə dəyişmişdi. Səfəvi hökmdarı  Şah Abbas Osmanlı ilə müharibəylə əlaqədar  sərhəd ərazilər olan  Naxçıvanda və indiki Ermənistan ərazisində şimala doğru yaşayan və əksəriyyəti erməni olan 200 000-300 000 arası əhalini İranın içlərinə doğru köçürtməsi boş qalmış ərazilərə türklərin yerləşməsinə, toponimlər daxil etnik olaraq coğrafiyada dəyişmələrə səbəb olmuşdu. Nadir şahın ölümündən sonra indiki Azərbaycan və onun cənubunda çoxsaylı xanlıqlar yarandı. İranda qurulan Marağa xanlığını kürd əsilli mükri tayfası, Xoy, Salmas və Mərənd xanlıqlarını kürd əsilli dümbuli tayfası (sonradan bu tayfa türkləşib), Miyanə xanlığını kürd əsilli miyanə, Maku xanlığını isə kürd əsilli mahmudi tayfası liderləri idarə edirdi. Qaradağ, Ərdəbil, Urmiya, Xalxal, Təbriz və Zəncan xanlıqlarını türk əsilli tayfa liderləri idarə edirdi. Şimalda qurulan Talış və Şəki xanlığı istisna (Hacı Çələbinin soyu ermənilərə gedib çıxırdı, buna baxmayaraq islamı qəbul edərək türkləşmişdilər) digər xanlıqların hər biri türk tayfa liderləri tərəfindən idarə edilirdi. Çar Rusiyasının Qafqazı işğal etməsindən əvvəl bu ərazilərdə demoqrafik vəziyyətin tam olaraq nə durumda olduğu bəlli deyil. Buna baxmayaraq dövrün səyahətçilərinin və hərbçilərinin memuarlarına əsasən indiki Ermənistanda azərbaycanlıların sayı xeyli çox idi. Bu da özünü orda qurulan İrəvan xanlığı ilə özünü göstərmişdi. Qacar tayfasından İrəvan xanları özlərinin Qacar dövlətinə bağlılıqlarını ifadə etmişdilər. Erməni tarixçisi Corc Burnutyan Türkmənçay müqaviləsindən əvvəl İrəvanda yaşayan əhalinin 80 faizini müsəlman olduğunu qeyd edirdi.

Ermənistan indiki İrəvan xanlığı ərazisində formalaşdığı üçün bu dövlətlə bağlı məlumatlar çox ustalıqla saxtalaşdırılıb. Hal hazırda dünyaca tanınan və Qafqaz ərazisi üzrə ekspert olan tarixçilərdən Tadeuş Svitoxovski, Firuz Kazımzadə İrəvan xanlığını azərbaycanlıların qurduğunu qəbul edir. Viktor Şnirelman İrəvan xanlarını hər hansı kateqoriyaya ayırmır və türkdilli tayfa nümayəndəsi kimi qəbul edir. Corc Burnutyan isə, İrəvan xanlığını türk və fars xalqlarının birləşdiyi ortaq bir xanlıq kimi göstərir. Riçhard Hovhanisyan, Robert Hyusen, fransızdilli Larussa ensiklopediyası, Ensiklopedika İranika başda olmaqla əksəriyyət  tarixçilər isə İrəvan xanlığını fars xanlığı kimi göstərirlər. Onlar buna əsas kimi dövlətin rəsmi dövlət dilinin fars dili olmasını, idarə edən qacarlar tayfasının isə İrana bağlılığı ilə göstərməyə çalışırlar. Nədənsə bu tarixçilər qacarlar tərəfindən idarə edilən və rəsmi dili fars dili olan digər bir xanlıq olan Gəncə xanlığı barədə eyni düşüncəni daşımırlar. Gəncə və İrəvan xanlıqlarının Rusiyaya qarşı müharibə aparması məhz onların İran qacarlarına olan bağlılığından irəli gəlirdi. Burda incə məqam ondan ibarətdir ki, Hyusen və Hovhanisyan İrəvan xanlarının siyasi mövqeyini etnik mənsubiyyət göstərməyə çalışaraq elə təəssürat yaratmağa çalışır ki, sanki İrəvanda yaşayan müsəlman xalqın böyük əksəriyyəti farslar olub. Buna görə də hal-hazırda Ermənistan höküməti İrəvan xanlığından qalan Göy məscidi fars məscidi kimi qələmə verərək onun idarəsini İran İslam Respublikasına tapşırıb. Onlar buna əsas kimi də məscidin memarlıq xüsusiyyətini göstərir. Aydındır ki, dini inanc və mədəniyyət baxımından eyni tarixi yaşayan azərbaycanlılarla farsların arasında xüsusən də həmin dövrdə  memarlıq baxımından fərq yox idi.

Xanlıqlardan əvvəlki dövrə aid olan və İrəvanda yerləşən Qaraqoyunlu memarlığı olan Pir Hüseyn türbəsi isə Türkmənistan səfirliyinə verilib. Burda isə əsas kimi Qaraqoyunlunun türkmən olduğu göstərilir. Bilindiyi kimi, orta əsr mənbələrində Qaraqoyunlu və Ağqoyunlu dövləti köçəri türkmən tayfalarının konfederasiyasından ibarət bir struktura malik olduğu qeyd edilir. Aydındır ki, o dövrdə türkmən adı azərbaycanlı, Anadolu türkləri və indiki türkmənlərin ortaq adı idi. Qaraqoyunlu Cahan şahın azərbaycan dilində yazdığı şeirlər isə indiki dövrə qədər gəlib çıxıb. Vladimir Minorski Cahan şahın məktubları və şeirlərini əsas gətirərək Qaraqoyunlunun rəsmi dilinin indiki azərbaycan dili olmasını qeyd etmişdi. Türkmənistanda yaşayan oğuzların  türkmən adı 1936-cı il Stalin konstitusiyası zamanı ortaya çıxır. Bu mövzuda isə addan yanıltma olaraq istifadə edilir.

Azərbaycan tarixçiləri isə İrəvana iddia edərkən orda yaşayan ermənilərin azlıqda olduğunu, ermənilərin 1828-ci il Türkmənçay müqaviləsindən sonra gəldiklərini və eyni zamanda bu ərazidə ermənilərin heç vaxt olmadıqlarını iddia edirlər. Bu məsələdə isə azərbaycanlı tarixçilər Şah Abbasın bu ərazilərdən 250 000 erməninin İrana köçürülməsinə toxunmurlar. Digər tərəfdən bizim tarixçilər Azərbaycan ərazisində qurulan bütün xanlıqları indiki Azərbaycan dövlətçiliyinin parçası olmasını qeyd edirlər. İlk növbədə belə qəbul olunacağı halda bu xanlıqların hər birinə  dövlət qurma  verilməsi üçün əsas vermiş ola bilər. İkinci tərəfdən feodal dövlətlər heç vaxt indiki müasir dövlətin qurulması üçün hüquqi baza ola bilməz. Bu yalnız Almaniya və İsveçrədə olduğu kimi ərazi vahidlərinin federativ və ya konfederativ formada birləşməsi formasında ola bilərdi ki, bu da Azərbaycanda heç vaxt baş vermədi. Azərbaycanın hal hazırda unitar respublika olması da bunu göstərir. Eyni zamanda ermənilər də Dağlıq Qarabağın müstəqil olmasını orda mövcud olmuş 5 erməni məlikliyi ilə əsaslandıra bilməz. Bu ərazidə qurulan bütün xanlıqlar(eləcə də məlikliklər və sultanlıqlar) İran dövlətçiliyinin bir parçası idi. Şimali Azərbaycanda İlisu sultanlığı istisna bütün xanlıqların rəsmi dili fars dili idi. Buna görə də İlisu sultanlığı və Car-Balakən camaatlığı Dağıstan xanlıqlarına daxildir. Sovet şərqşünası Novoseltsev çoxsaylı ləzgilərin yaşadığını əsas gətirərək Dərbənd və Quba xanlığını Dağıstan xanlıqları kimi təsnifatlaşdırsa da Böyük Sovet Ensiklopediyası Dubrovindən bu xanlıqlarda həm idarəedici tayfanın həm də əhalinin çoxluğunun tatar olduğunu əsas gətirərək bu fikri rədd edir. BSE yalnız Talış xanlığını Azərbaycan ərazisində qurulan talış feodal dövləti kimi ayırır. Talış xanlığında da digər xanlıqlar kimi rəsmi yazışma dili farsca olmuşdu. Bu dövrdə rəsmi dildən əlavə mədrəsələrdə ədəbi dil kimi  farsca tədris edilirdi. Fars dili Azərbaycanda yalnız Çar Rusiyası tərəfindən işğal ediləndən sonra general-qubernator Yermolov tərəfindən ləğv edilmişdi. Yermolov bununla Azərbaycanla İran arasında min illər boyu davam edən əlaqəni yox etmək istəyirdi. Məhz Yermolovdan sonra Azərbaycanda azərbaycandilli elita yetişmiş və bu elita sonda Azərbaycan Demokratik Respublikasını və Azərbaycan SSR-i qurmuşdu.

Advertisements

Azərbaycanda niyə diktatura olmalıdır?

IMG_2793

Yadıma tarix müəllimimim sinifdə dediyi söz düşür. Azərbaycan ilə İsveçrə ərazi və əhali baxımından bir birilə yaxın ölkədirlər ancaq inkişaf səviyyələri tamamən başqa cürdü. Əgər Azərbaycan ilə İsveçrənin əhalisini yerlerini dəyişsək 3-4 ildən sonra İsveçrə olacaq Azərbaycan, Azərbaycan isə İsveçrə olacaq. Hər şey vətəndaşdan asılıdır.

O zaman bu sözləri müəllimimdən eşidəndə acığıma getmişdi, niyə bizi aşağılayır deyə. Bizim nəyimiz əskikdi almanlardan axı?

Bizdə ölkədə olan intelektualların hər kəsi azadlıq və demokratiya istəyir. Bəli, bundan gözəl bir şey nə ola bilər ki? Ancaq bir sualı öz özümüzə verməliyik. Biz demokratiya və azadlıq istəmək üçün nə etmişik və ya biz bunu istəmək üçün yetişmişik mi?

SSRİ dövründə də bununla bağlı fikirlər vardı. Hətta buna görə SSRİ Birləşmiş Millətlərdə hər zaman tənqid olunurdu. O zaman Amerikalı nümayəndə SSRİ heyətinə bizdə azadlıqdır, hər kəs Ağ evin qabağında höküməti tənqid edə bilər dediyində Brejnevin cavabı orijinal olmuşdu: Bizdə də azadlıqdı, hər kəs Kremlin qarşısında Ağ evi tənqid edə bilər. Bu məsələ bağlı Maksim Qorki öz fikrini belə ifadə edir: Mənə dövlət azadlıq versə cəmiyyət üçün çox pis bir işi etməyəcəyimə kim zəmanət verə bilər?

Biz 70 il qorxu rejimində yaşamış millətik. Bu qorxu rejimi bizdə bir fikir yaradıb, dövlət rəhbəri sərt olmalıdır. Zatən Elçibəyin hakimiyyətdə qalmamasını biz onun yumşaq adam olduğuyla izah edirik. Bəs bizdə çatışmayan nədir? Bizdə psixoloji olaraq bir çox mənfi nüans var: Biz bizə gülərüz olan adama maymaq, çox sərt olana isə əclaf deyəcək düşüncədəyik. Kiçik ikən belə qorxuyla böyüdüldük, qorxu bizi formalaşdırdı. Adi əsgərlikdə belə çavuşun tabeliyində olan əsgərə yumşaq davranması ilə sərt davranması arasında böyük fərq var. Yumşaq davranan Çavuş həmişə o əsgərə görə danlanır, sərt olanda isə əsgər qorxusundan artıq əskik hərəkət eləməyə cəhd belə göstərmir. Bu təkcə əsgərlikdə deyil qarşılıqlı münasibətlərdə də elədir. Səmimi olan insandan hər zaman istifadə edilir, sərt olan kimsəyə qarşı sözlər isə seçilərək söylənilir. Biz hörmət anlayışını daha çox səmimilikdə yox qorxu anlayışı ilə ölçürük.

Nazi Almaniyasında Hitler avtobuslarda bilet almayan şəxsləri ölümlə cəzalandırırdı. Bu qorxu indi Almaniyada mədəniyyət formasını alıb. Azadlıq ilk öncə fikirlərlə başlayır, fəaliyyətlə başa çatır.  Azadlığın fikir olaraq yetişmədiyi bizim kimi ölkələrdə demokratiya anarxiya və xaosa səbəb olur.  İsmini unutduğun bir filmdə bir uşaq mafya babasına sual verər: Sizcə sevərək itaət etmək daha yaxşıdır yoxsa qorxaraq?- Gözəl sualdır, təbii ki hər kəsə xoş olar ki, ona sevərək itaət etsinlər amma mən yenə də qorxaraq itaət edilməsinin tərəfdarıyam. Niyəsini soruşsan əgər sevərək sənə itaət eləyənin xəyanət etmə ehtimalı qorxaraq itaət edəndən daha çoxdur.

 

P.S- Mənim fikrimcə Azərbaycanda demokratiya və azadlıq millət naminə xeyirxah diktatorluq qurulduqdan sonra mümkündür. Bu diktatorluğa misal kimi Sinqapur kimi kiçik ölkəni  Yaponiyadan sonra Asiyanın ən yaxşı yaşam səviyyəsinə qaldıran Li Kuan Yunu göstərmək olar. Çox sərt qanunlarla ölkəni idarə edən Li Kuan Yu həmdə dünyanın ən uzun müddətli baş naziri olub(30 il).Daha bir misal isə Cənubi Koreyanı dünyanın 15 ən güclü dövlətindən birinə çevirən Park Çon Xeni demək olar. Belə bir diktatorluqla “tərbiyələndikdən” sonra liberalizmə keçiddən danışmaq mümkün olar. Bunun üçün də uzun zaman tələb olunur.

İslamdan əvvəl türk qadını

0_eacf5_7747afbd_L

Raziyə sultan- Dehli sultanlığının yeganə qadın hökmdarı(Hind aktrisası Hema Malini Raziyə sultan rolunda,1983-cü il)

 

Avropa və ərəb qaynaqlarının ortaya çıxardıqları tarixi gerçəkliklərdən biri islamiyyəti qəbul edənə qədər türklərdə qadın hüquq və azadlıqlarının yüksək səviyyədə olması idi. Şəriət bataqlığına girdikdən sonra türklərdə qadına hörmət dəyəri get-gedə itdi.

7-8-ci əsrlərdə Orta Asiyada türk ölkələrinin bir hissəsi qadınlar tərəfindən idarə edilməkdə idi. Əski türklərdə, xüsusən şamanistlərdə qadınlı kişili dini yığıncaqlar tərtib edildiyi, yığıncağa qatılanların bir dairə halında yerə oturduqları, qadın və kişilərin mövqe və yaşlarına görə sıralandıqları aydın olmaqdadır.

Buxaranın ərəb orduları tərəfindən işğalını nəql edən ərəb qaynaqlarından bilirik ki, 8-ci əsrdə bu şəhəri Toksan adında qadın rəhbər idarə edirdi. 720-ci ildə Kültigin üçün tikilən Tonyukuk və 734-cü ildə Müdrik xan adına tikilən Orxan kitabələrində aydın olur ki, qədim türklərdə qadınların siyasi, iqtisadi və ictimai sahələrdə azadlıqları olub. Xatırladaq ki, Kültigin xan iqtidarı öz həyat yoldaşı Qutlulu Sultan ilə birgə idarə etmişdir.

Ərəb tarixçisi Bəlazurinin Fütuh ul Buldan əsərində Buxaraya edilən ərəb ordularının hücumunda Buxara məlikəsi Xınıq Sultanın etdiyi müqaviməti gostərir və onun necə dəyanətli biri olduğunu bildirir. Onuncu əsrin məşhur coğrafiyaçısı Əl Bəlxi Kitabül bad və vət  Tarix əsərininin bir hissəsində türk ölkələrində qadınların azadlığı ilə bağlı fikirlərini yazır və Müaviyənin oğlu Yezid dönəmində Buxaranı idarə edən Xatun Sultandan söz edir. Xatun Sultan Yezidin Xorasana təyin etdiyi Zeyyad bin Əbihinin oğlunun Buxaraya hücumunu öyrənincə digər bir türk ölkəsi rəhbəri Tərkandan kömək istəmiş və bu vəsilə ilə də evlənmə təklif etmişdi.

Səlcuqlu sultanı Toğrul 11-ci əsrdə Bağdadı işğal etdikdən sonra xəlifələrin sarayında Xəlifə Əl Qasım Biəmrillahın qızı ilə evlənir, evləndiyi qadını böyük hörmətlə taxta oturdur. Ərəb tarixçisi İbni Xəllikan bununla bağlı yazır : Səfər ayının 15-ci günü şahzadə qızıl parçalarla bəzəkli taxta çıxdı və ərini gözlədi. Toğrul bəy yoldaşının qarşısına diz çökərək gəldi, ona bənzərsiz hədiyyələr verərək yeri öpdü və böyük hörmət göstərərək otağına çəkildi. Hər nə qədər ətrafdakı insanlar bəyin bu evliliyini xoş qarşılamasalar da onun həyat yoldaşına göstərdiyi hörmət qarşısında heyranlıqlarını gizlədə bilməmişdilər.

12-ci əsrin tanınmış tarixçilərindən İbn Cübeyir 1183-1184-cü illərdə Misir, İraq, Suriya və Yaxın Şərq ölkələrinə etdiyi gəzintilərini izah edərkən türk qadınının cəmiyyətdə əhəmiyyətli yerini və dəyərini izah edir. Xorasan valisi Tukuş şah ilə Kəbəni ziyarətə gedən Əbül Mükrim Təştikinin türk şahzadələrdən söhbət edərkən belə deyir : İraqdakı Abbasi xəlifələrini ziyarət etmişəm , Səlahəddinin imperiyasını gəzmişəm ancaq heç yerdə türklərdəki kimi qadına dəyər verildiyini görməmişəm.

13-cü əsrdə türk diyarlarına səyahət edən Marko Polo Amudərya çayının yuxarılarındakı əraziləri gəzərkən türk hökmdarlarının qızlarından bəhs edər : Şahzadə elə güclüdür ki, ölkədə ona qalib gələ biləcək oğlan çox çətindir, kim qarşısına çıxarsa onu asanlıqla məğlub edir. Atası onu evləndirmək istəsə də O buna razı olmur və öz bəyəndiyi birini tapana qədər evlənməyəcəyini açıq aydın bildirir. Buna əsasən də şahzadə xanım ölkənin dörd bir yanına xəbər salaraq gənc cavanları özü ilə güc sınağına çağırmış və ona qalib gələcək cavanla evlənəcəyinə söz vermişdir.

Digər italyan səyyah Rikkoldo da Montekroçe türk ölkələrində, xüsusən Səlcuqlarda hakim olan ənənələrin ərəb ölkələrindən çox fərqli olmasını və bu fərqliliyin xüsusən cəmiyyətdə türk qadının üstün dəyəri ilə bağlı olduğunu izah edir.

Cüveyni yazır: Elxanilərin islamı qəbul etməsindən sonra türk ənənələrində xüsusilə qadına hörmət dəyərlərində geriləmə başlamışdır. Xüsusən Dehli sultanı olan Raziyə sultan buna misaldır. 1236-1240-ci illərdə Raziyə sultan Dehli sultanı olmuşdur. Atası Eltutmuş bütün vəzirlərinin etirazına baxmayaraq onu Dehli sultanlığının varisi təyin etmişdir. İltutmuşun ölümündən sonra saray əyanları dövlətin 1 qadın tərəfindən idarə edilməsini istəməmiş və onun yerinə İltutmuşun oğlu Rüknəddin Firuzu gətirdilər. Lakin bu hökmdarın pis rəhbərliyi ucbatından qiyam baş vermiş və xalq, ordu ilə birlikdə Raziyə sultanı taxta çıxardı. Raziyə sultanın dövründə Dehli inkişaf etməyə başladı, son dərəcə ağıllı və geniş fikirli olan Raziyə sultan hicab və çadranı ləğv elədi, özü də kişi paltarları geyib gəzirdi. Beləcə mürtəce ətraflara insan varlığının ənənələrə kölə olmaması lazım olduğu dərsini vermişdir. Hər nə qədər bu cəsur və azad davranışı onun taxtdan enməsi ilə nəticələnsə də əsrlər sonra qadınlara təsirli bir nümunə rolunu oynadı.

Onun atası Şəmsəddin Eltutmuş xəlifə Əl Müstənsir Billah tərəfindən Hindistanın ilk müsəlman hökmdarı kimi tanınıb.

Qısacası qeyd edək ki, türk dünyasında qadınlar bu statusu tutarkən ərəb ölkələrində və Avropada ər yemək yeyərkən qadın ayaq üstə durar, ona xidmət edər ,hər vəsilə ilə ərinin ayaqlarını öpər ancaq ləyaqətini alçaldacaq rəftarlara uğramaqdan xilas ola bilməzdi. Indinin özündə də ərəb ölkələrində qadına qeyri insani rəftarlar qalmaqdadır.

Fidel Kastronun ABŞ prezidenti Franklin Delano Ruzveltə yazdığı məktub

Hərçənd Fidel Kastro bu məktubun olduğunu inkar etsə də bu məktubu O, 14 yaşında həmin dövrdə ABŞ prezidenti olan Franklin Ruzveltə yazmışdı. Gələcək Kuba lideri Ruzveltin prezidentliyini tərifləyir və ondan 10 dollar pul istəyir, məktubun sonunda isə böyük həcmdə olan Kuba dəmir filiz yataqlarını açmağı təklif edir

Ardıcıl olaraq stenoqramma

Image

Santyaqo-de-Kuba

6 noyabr 1940-cı il

ABŞ prezidenti cənab Franklin Ruzveltə

Mənim əziz dostum Ruzvelt. Mən ingiliscə yaxşı bilmirəm ancaq bacardığım qədər sizə yazmağa çalışıram. Mən radio dinləməyi çox sevirəm və sizin növbəti dəfə ABŞ prezidenti seçildiyinizi öyrənəndə çox sevindim. Mənim 12 yaşım var. Mən oğlanam və çox düşünürəm ancaq fikirləşmirəm ki, ABŞ prezidentinə yazıram. Əgər xoşunuza gəlirsə mənə məktubla yaşıl 10 dollarlıq əskinas verin. Mən heç vaxt yaşıl 10 dollarlıq əskinas görməmişəm və bunu əldə etmək istərdim.

Mənim ünvanım

Cənab Fidel Kastro

Kollegiya Dolores

Santyaqo-de-Kuba

Oriyente Kuba

Mən ingiliscə yaxşı bilmirəm, ancaq ispanca yaxşı bilirəm. Siz ispanca yaxşı bilmirsiz, lakin siz ingiliscə yaxşı bilirsiz, çünki siz amerikalısız, mən isə amerikan deyiləm

(Çox sağolun)

Özünüzdən muğayat olun, sizin dostunuz

(İmza)

Fidel Kastro

Tur Heyerdal(Dünyanı heyrətləndirən səyyah)

Image

Etnoqraf alim, arxeoloq, antropoloq, elmlər doktoru, professor, dünyanın bir neçə məşhur elmlər akademiyasının akademiki, səyyah Tur Heyerdal öz ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7 min 200 kilometrlik məsafəni sadəcə sal üzərində keçməklə bəşəriyyəti heyrətə gətirib. Öz təəssüratlarını, xatirələrini, səyahət zamanı müşahidə etdiyi, tədqiqat apardığı məsələlərlə bağlı problemləri, araşdırmaları qələmə alan məşhur səyyah 10-dan artıq kitab və monoqrafiya müəllifidir. Əslində onun bu yazılı məlumatları keçirdiyi həyat yolunun sənədli ensiklopediyasıdır. İllər boyu öz ekspedisiyasının işindən, apardığı tədqiqatların nəticəsindən, ibtidai insanın, qədim sivilizasiyanın öyrənilməsindən yazan Tur Heyerdalın elmi yazılarını, macəra kitablarını oxuyanlar, demək olar ki, qeyri-adi bir mənəvi xəzinənin şahidi olublar.

Dünyada məşhur səyyahlar çoxdur. Amma onların çox azının adı tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Xristofor Kolumb, Magellan… və nəhayət, Tur Heyerdal. Okeanlarda, dənizlərdə öz gəmisi ilə üzən Heyerdalın Azərbaycanda olması da maraq və rəğbətlə qarşılandı. Onu bu işə sövq edən adi səyyahlıq, macəraçılıq yox, elmi həvəs, dünyanı dərk etməyə, təbiəti və onun sirlərini öyrənməyə olan dərin marağı idi.

Tur Heyerdal ötən əsrin əvvəllərində bir payız ayında Norveçin Larvik şəhərində doğulub. Atası pivə zavodunun sahibi, anası təbiətşünas olub. Lap uşaqlıq illərindən heyvanlar və bitkilər aləminə maraq göstərən Tur Heyerdal kiçik yaşlarında öz malikanələrində müxtəlif muzeylər yaratmışdır. Gah meşədən, dağdan, dərədən müxtəlif gül-çiçəkləri toplayaraq herbarilər düzəldər, gah da harada əlinə heyvan – dovşan, kirpi, dələ, tısbağa, ilan, tülkü… keçsə evə gətirərək özü üçün zoologiya muzeyi yaradardı. Bundan əlavə, coğrafiyaya da çox böyük maraq göstərərdi. Dağlara çıxmağı, çölləri gəzməyi, dəniz səyahətini çox sevərdi. Saatlarla qarışqaların həyat mücadiləsini seyr edərdi.

Görkəmli səyyah dəniz üzgüçülüyündə yeni səhifə açaraq qədim su yollarının marşrutlarını bərpa etdi. İllər boyu dünyanı gəzib dolaşaraq arxeoloji tədqiqatlar apardı. Onun yazdığı kitablar dünya elminin şah əsərləri sayıldı. Tur Heyerdal Köhnə dünya (Asiya, Avropa, Afrika) və Yeni dünya (Amerika) arasında xalqların transokean miqrasiyasının mümkünlüyünü tədqiq etmişdir. Onun apardığı arxeoloji tədqiqatlar nəticəsində qədim insanın mənşəyi, xalqların adət-ənənəsi öyrənilib, tapıntılar əldə edilib, bir sıra elmi kəşflərə nail olunub. Polineziya adalarının Amerikadan gələn əhali tərəfindən məskunlaşdığı da Tur Heyerdal tərəfindən sübuta yetirildi. Onun rəhbərlik etdiyi “Kon-Tiki” ekspedisiyasının nəticələrinin düzgünlüyünü dünya alimləri dəfələrlə təsdiq etdilər. Ötən əsrin ortalarında Heyerdalın adı dünyaya bəlli oldu. Onun elm sahəsindəki müzəffər yürüşünün ünvanları genişləndi. Bu böyük alim və səyyah öz xatirələrində yazırdı: “Biz Marokkoda (Mərakeşdə – F.X.) suya “Ra” plotonu – qamışdan düzəldilmiş gəmini buraxanda və Atlantik okeanını üzmək istəyəndə yeddi nəfər idik. Hamımız da müxtəlif mədəniyyətlərə malik adamlar. Mən sübut etmək istəyirdim ki, insanlar məhdud bir sahədə əla yaşaya və dərilərinin rəngindən, dinindən, dilindən və siyasi mənsubiyyətindən asılı olmayaraq təhlükəsizlik vəziyyətdə əla ötüşə bilərlər”.

Xatirələrdən bəlli olur ki, onun kitab rəfində həmişə Bibliya və Quran yanaşı qoyularmış. Hətta okeanları üzərkən özü ilə həm Bibliyanı, həm də Quranı götürərmiş. O, dünya sivilizasiyasına mənsub olan bu müqəddəs kitabları çox sevərmiş. Həmişə də söyləyərmiş ki, əslində o, hər şeyi bu kitablardan öyrənib. Demək olar ki, okeanların və dənizlərin hamısında üzmüşdü. Bir devizi vardı: “Elm yalnız və yalnız sülhə, dostluğa xidmət etməlidir”. Sonra da əlavə edərdi ki, bu, təkcə mənim deyil, bütün tərəqqipərvər ictimaiyyətin fikridir. Sülhə xidmət etməyən elmin heç bir qiyməti olmaz.

O, 1953-cü ildə Qalapaqos adalarında insan məskənlərinin qalıqlarını aşkar etdi. Sonra isə Sakit okeandakı Pasxia adasını tədqiq etməyi qərara aldı. Arxeoloji qazıntılar zamanı adanın hər yerindən qədim bütlər tapıldı. Bu bütlər və digər əşyalar sübut etdi ki, Peru hindiləri Haitiyə gedərkən yolüstü burada məskən salıbmışlar. Beləliklə, onun həmin adalarda apardığı tədqiqatlar nəticəsində məlum oldu ki, bu yerlərdə XIV əsrdə insanlar məskunlaşıblar. 1970-1978-ci illərdə qamışdan düzəldilmiş troslu gəmisi ilə Atlantik okeanını, Fars körfəzini, Ərəb və Qırmızı dənizləri üzən Tur Heyerdal Maldiv adalarını, Peruanı tədqiq etdi. Ekspedisiyalar əsasında Tur Heyerdalın yazdığı kitablar dünyada geniş şöhrət qazandı: “Cənnət axtarışında”, “Amerika hindiləri Sakit okeanda”, “Aku-Aku Pasxi adasının sirri”, “Pasxi adasının incəsənəti”, “Kon-Tiki” ekspedisiyası”, “Tiqris ekspedisiyası”, “Qədim insan və okean”, “Kon-Tiki”dən, “Ra”ya”, “Maldiv tapmacası”, “Kon-Tiki” səyahəti”, “Fatu-Xiva, təbiətə qayıdış” və s. Bu kitabların təkcə adları onun həm məzmununu, həm də coğrafiyasının genişliyini əks etdirir.

Tur Heyerdal bu kitabların birində Azərbaycanla bağlı görüşlərini, xatirələrini qələmə alıb. O yazırdı: “Mən ilk dəfə Azərbaycanda olanda SSRİ Ali Sovetinin üzvlərindən biri, lakin rus millətinə mənsub olmayan Heydər Əliyevlə görüşdüm. Həmin görüşə qədər mən Azərbaycan Elmlər Akademiyasının akademiki Həsən Əliyevlə bir həftə respublikanı gəzdim. Həsən Əliyev Heydər Əliyevlə doğma qardaş olduğunu mənə deməmişdi. O, məni Azərbaycana dəvət etmişdi ki, dünyada ən qədim tarixə malik olan qayaüstü gəmi təsvirlərini mənə göstərsin”.

O dövrdə, yəni 60-cı illərdə akademik Həsən Əliyevin də şöhrəti vətəndən kənarlara yayılmışdı. O, məşhur akademiki Azərbaycana dəvət edərək qədim yaşayış məskənlərimizi ona göstərmək istəyirdi. Nəhayət, 1981-ci ilin avqust ayında məşhur norveçli alim Bakıya gəldi. Qobustan qayaları onu həqiqətən çox heyrətləndirdi. Bu görüşlə bağlı qələmə alınan yazıların birində deyilir ki, Tur Heyerdal qayalar üzərindəki rəsmlərə baxaraq qeydlər edir və dinib danışmırdı. Çox gərgin işləyirdi. Nəhayət, uzun iş prosesindən sonra ilk dəfə dediyi söz bu olmuşdu: “Bunlar qamışdan düzəldilən qayıqların təsviridir. Yaxın Şərqdə baxdığım qayıqlara çox oxşayır. Hələlik fərqi onda görürəm ki, həmin qayıqlarda Günəşi disk, yaxud adam şəklində göstərmişlər. Qobustan qayalıqlarında isə Günəş tamamilə təbii şəkildə, özü də qayığın başında həkk olunmuşdur”. Bakını Neapola bənzədən Tur Heyerdal Azərbaycan haqqında gözəl fikirlər qələmə alıb. Onu ən çox da heyrətləndirən yurdumuzun özünəməxsusluğu, adət-ənənəsi, xüsusilə də xalqımızın qonaqpərvərliyi olub. Dünyanı başdan-başa səyahət edən bu məşhur alimi heyrətə gətirən məhz  Azərbaycanda gördüyü səmimi münasibət və qonaqpərvərlik olub. Onun Qobustanda apardığı tədqiqatlar çox uğurlu oldu. O, bu qayalıqları Azərbaycan xalqının keçmişi adlandırdı. O, Dəvəçi şəhərində də olmuş, orta əsrlərə aid Şabran şəhərinin qazıntılarına baxmışdır.Elə o vaxt da vəd etmişdir ki, imkan tapan kimi bir də Qobustana gələcək. Onun növbəti səfəri də baş tutdu. Azərbaycan artıq dövlət müstəqilliyini bərpa etmişdi. 1994-cü ilin payızında Tur Heyerdal yenidən Bakıda oldu və Heydər Əliyevlə görüşdü. Yolu yenidən bu qədim ölkəyə düşdü.

1999-cu ilin yazında AMEA-da məşhur səyyah-alim Tur Heyerdalla görüş keçirildi. Azərbaycana əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də eyni səmimiyyət və qonaqpərvərliklə qarşılanan Tur Heyerdal həmin görüşdə dedi: “Ölkənizə ilk gəlişimdə burada başqa bir ictimai sistem mövcud idi. O zaman Qobustandakı qayaüstü təsvirlərlə tanış oldum. Mən burada qayalar üzərində çox qədim dövrlərə aid gəmi təsvirlərinin olduğunu eşitmişdim. Qobustandakı qayaüstü təsvirləri görəndə hiss etdim ki, onlar Norveçdə aşkar olunmuş qayaüstü təsvirlərdən əsla fərqlənmir”. Məşhur səyyah ilk dəfə Azərbaycana  Həsən Əliyev tərəfindən dəvət edildiyini minnətdarlıqla xatırlayaraq Azərbaycanla bağlı sanballı materiallar topladığını bildirdi.

Tur Heyerdal bütün söhbətlərində Azərbaycana vurulduğunu, bu ölkəni çox sevdiyini dəfələrlə dilə gətirirdi. O, bir sıra fərziyyələr irəli sürərək Norveç əfsanələri ilə Qobustan qayaüstü təsvirlərinin bağlılığından danışırdı. Hətta Azərbaycanla Skandinaviya ölkələri arasında əlaqələr olduğunu da kəşf etmişdir. O sübut edirdi ki, Skandinaviya tayfaları Şimali Avropaya Qara dənizdən Şərqdə yerləşən Azər ölkəsindən gəliblər. Təsdiqləyirdi ki, Norveçin eramızın 800-cü illərinə qədərki tarixini əvəz edən Skandinaviya mifologiyası vardır. O, hər bir əfsanənin gerçəklikdən qaynaqladığını da dilə gətirirdi. Qobustandakı qayaüstü rəsmlərdən həmişə heyranlıqla danışan Tur Heyerdal bildirirdi ki, Azərbaycan bəşər sivilizasiyasının son dərəcə mühüm paytaxtı olmuş, özü də sivilizasiyanın mərkəzində dayanmışdır. O, bu fikrini Qobustan qayaüstü təsvirləri ilə sübut edirdi.

Azərbaycana olan məhəbbəti Tur Heyerdalı dördüncü – sonuncu dəfə 2000-ci ilin payızında bu yurda gətirdi. Respublikamıza böyük maraq göstərən məşhur səyyah Azərbaycanda olmaqdan həmişə məmnunluq duyurdu. Görüş zamanı  Heydər Əliyev köhnə dostunu mehribanlıqla qarşılayaraq dedi: “Xalqlarımız arasında əlaqələr getdikcə genişlənir. Bunun əsasını 1981-ci ildə sizinlə mən qoymuşam. Güman edirəm ki, XXI əsrdə də bu əlaqələr inkişaf edəcəkdir”. Cavab nitqində isə Tur Heyerdal belə söylədi: “…Azərbaycana dəfələrlə ziyarətlərim sayəsində belə qənaətə gəlmişəm ki, ölkələrimiz arasında çay sistemləri vasitəsilə – Xəzər dənizindən Volqa, Don çaylarına keçmək və oradan da Baltik dənizi vasitəsilə Norveçlə təmasların olması köklərini araşdırmaq lazımdır”.

Tur Heyerdalın ölkə alimləri ilə yaxınlığı da davam edirdi. Azərbaycana səfər zamanı Şəkiyə gedərək məşhur Kiş kəndində aparılan qazıntı işləri, tədqiqatlar və buradakı IX əsrə məxsus Alban abidəsi, eləcə də Şəki Xan sarayı ilə yaxından tanış olmuşdur.

Məşhur səyyahın bir fikri də maraqlı idi. O böyük ürəklə deyirdi ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq özümüzü antropoloji quruluş nöqteyi-nəzərindən “Qafqaz tipi” adlandırırıq. Biz fəxr edirik ki, bu qədər qədim, zəngin mədəniyyətə malik bir regiona, xüsusilə Azərbaycana bağlıyıq. Həmişə böyük məhəbbətlə etiraf edirdi ki, Azərbaycan mədəniyyəti Çin, Mesopotamiya mədəniyyəti qədər qədim və zəngindir. Ən böyük arzusu o idi ki, Azərbaycanı qarış-qarış gəzib xüsusi tədqiq etsin. Gəmiqaya rəsmləri Norveç qayaüstü təsvirlərinin, daş abidələrinin oxşarlığını, qohumluğunu, eləcə də ümumi cəhətlərini tədqiqə çəksin. O, Qobustan qayaüstü rəsmlərini Azərbaycan xalqının rəmzi kimi qəbul edirdi. Çox arzulayırdı ki, Naxçıvana gedərək Gəmiqayanı gözləri ilə görsün. Lakin bu arzusu həyata keçmədi. 2002-ci ilin aprelində Tur Heyerdal vəfat etdi.

Amma onun fikir və düşüncələrini davam etdirmək yoluna nöqtə qoyulmayıb. Norveçli alimlər qayaüstü təsvirləri öyrənməkdə davam edir, elmə məlum olmayan sirlərin açılmasında azərbaycanlı həmkarları ilə birlikdə tədqiqatlar aparırlar. Azərbaycan ərazilərindəki abidələr haqqında üzə çıxan bilgilərdən aydınlaşır ki, tarixin qaranlıq səhifələri getdikcə açılır. Bu işdə Tur Heyerdalın ardıcılları müntəzəm və inadkarlıqla araşdırmalar aparırlar. Uzun illər bizə əfsanə kimi görünən təsvirlər indi məhz həqiqətə dönür. Qədim tariximizin, mədəniyyətimizin daş yaddaşını dilə gətirirlər. 

Şuşa necə işğal edildi

Şuşanın işğal edilməsi—Qarabağ müharibəsinin intensivləşməsinin ilk mərhələsi hesab olunur.

Image

Ermənilərin Şuşanı ələ keçirməkdə 2 böyük məqsədi vardı.Şuşa hündürdə yerləşdiyi üçün strateji ərazi idi və bundan əlavə Şuşadan Azərbaycan ordusu rahatlıqla Stepanakerti(Xankəndi) artilleriya zərbəsinə məruz qoyurdu.Azərbaycan tərəfinin Çaykənd və Qarabulaq kəndinin blokadasına cavab olaraq ermənilər 1991-ci ilin 24 aprelində  «Alazan»  tipli raketlerle Şuşanı atəşə məruz qoydular.Şuşada bir neçə ev dağıldı və 3 sakin yaralandı.1992-ci ildə Rəhim Qazıyevin əmri ilə 2 «Qrad»  Şuşaya göndərildi.Xankəndi Azərbaycan ordusu artilleriyası üçün aydın mişen rolunu oynayırdı.Azay Kerimov dediklərinə görə,istənilən şəxs səhər tezdən durub koordinatsız rahatlıqla Xankəndini vura bilərdi.Fevralın ortalarında 100-ə yaxın «Qrad» raketləri Xankəndiyə düşmüşdü.

Image

Elbrus Orucov-Şuşanın müdafiəsini təşkil edən komandir

 

Ermənilərin Şuşaya hücumu ərəfəsində Şuşanın müdafiəsində Elbrus Orucov dururdu.Şuşanın alınması ermənilər üçün 1 nömrəli vəzifə idi.Əməliyyata Komando və ya Komandos ləqəbli Arkadi Ter Tatevosyan rəhbərlik edirdi.

Erməni mənbələrinə görə hücumda 1800 erməni əsgəri və 2 T-72 tankı iştirak edirdi.Hücum 8 may gecə 02:30-da başladı.Tatevosyanın fikrincə, Şuşanın alınması azı 3-4 gün çəkməli idi.O ümidvar idi ki,şəhəri müdafiə edənlər panikaya düşüb qaçacaqlar.Hücuma keçən kontingentin əsas hissəsi Şuşaya qərb tərəfdən hərəkət edirdi.Əsgərlərə şəhərdən qaçmağa çalışan yerli əhaliyə atəş açmamaq tapşırılmışdı,ilk məqsəd Şuşanın mühasirəyə alınması idi.Bu mövqedə savaşanlardan biri də daha sonralar Ermənistanın prezidenti olmuş Robert Koçaryan olmuşdu.Şəhəri qoruyan Elbrus Orucov əsgərlərin az olmasını əldə tutaraq geri çəkilmək əmri verdi.Şuşa yalnız 2 tankın hesabına işğal edildi.Döyüş 1 gün davam etdi və ehtimallara görə 300 nəfər həyatını itirdi.Tanklardan biri Azərbaycan Milli Qəhrəmani Albert Aqarunov tərəfindən vuruldu.Həmin vaxtı Şuşanı müdafiə edən 3 komandirlər Elbrus Orucov,Şamil Basayev və Xünkarpaşa İsrapilov idi.Şamil Basayev bütün məsuliyyəti Elbrus Orucova vermişdi,ancaq o, şəhərə gedən yeganə yolu bağlaya bilmədi.

Image

 

Şamil Basayev-Çeçen səhra komandiri

 

Şamil Basayev bununla bağlı belə danışırdı:Şuşa öz taleyinə buraxılmışdı.Üstümüzə təxminən 700 nəfər hücuma keçmişdi.Nə olsun ki?Belə güclü qarnizonla və strateji yerdə olmağımızla biz 1 il davam gətirə bilərdik.Biz  yüksək rütbəli zabitlərdə olan apatiya və ruh düşkünlüyü ilə müqayisədə Azərbaycan əsgərlərində və kiçik zabitlərində olan vətənpərvərlik və ruh yüksəkliyini görəndə çox təəccüblənmişdik.Əsgərlərin çoxunu elə biz komandirlərin axmaq səhvlərinə görə itirdik və maraqlıdır ki,heç kəs bu zabitləri cəzalandırmırdı.Hücuma keçən ermənilərin çoxu Sovet ordusunda Əfqanıstanda qulluq edənlər olduqlarına görə planı yaxşı hazırlanmışdı.Bu hal Şuşanı qoruyan əsgərlərdə ruh düşkünlüyü yaratdı.Onlar bilirdilər ki,Şuşa itirilsə onları əsir belə götürməyəcəklər.Beləliklə güclü qarnizon çökdü.

Etiraf etmək lazımdır ki,Şamil Basayev öz adamları ilə Şuşanı ən son tərk etmişdi.Şuşada bu hadisələr baş verərkən Tehranda Levon Ter Petrosyan ilə Azərbaycan prezidenti səlahiyyətini icra edən Yaqub Məmmədov ilə danışıqlar gedirdi. Yaqub Məmmədov Şuşaya hücumu artıq Bakıya qayıdarkən Tehran aeroportunda eşitdi.Beləliklə sülhlə bağlı İranın göstərdiyi səy də bir nəticə vermədi.Tomas de Vaalın fikrincə Petrosyanın Şuşanın işğal planından xəbəri vardı,ancaq bunun həmin ərəfədə olmasını bilmirdi.Belə görünürdü ki,bu plan azərbaycanlıları aldatmaq və vaxt qazanmaq imkanı güdürdü.Beləliklə Şuşanın işğalı sülh cəhdlərini dondurdu və Qarabağ ermənilərinin Petrosyanı beynəxalq aləmdə alçaltmasına səbəb oldu.

Image

Xünkarpaşa İsrapilov—Çeçen səhra komandiri

Qafqaz Albaniyasının məhv olmuş şəhərləri(xəritələrlə)

Adiabla və Boziata şəhəri–Qafqaz Albaniyası şəhəri

Image

Xəritə 1667-ci ildə fransız kartoqraf Giyom Şanson tərəfindən çəkilib.

 

Adiabla şəhəri Kamilla Treverin yazdıqlarına əsasən  ilk dəfə 2-ci əsrdə yunan tarixçisi Klavdiv Ptolomey tərəfindən adı çəkilir. 19-cu əsrin əvvəllərində  Yanovski şəhərin Şəkinin qərbində,meşəlik ərazidə olduğunu söylədi.Bir müddətdən sonra İlisu və ya Car-Balakən əraziləri içərisində olduğu dəqiqləşdirildi. Sergey Muravyev 1983-cü ildə nəşr elətdirdiyi əsərində isə daha dəqiq Zaqatalanın Əliabad qəsəbəsini göstərir. Onun fikrinə görə,Adiabla Zaqatalanın 15 kilometr cənubunda Qaraçayın sol sahilində yerləşmiş yaşayış məskəni olub

Boziata şəhəri Samuel Consona görə Klavdiv Ptolomey tərəfindən adı çəkilən şəhərlərdən biridir. Ptolomeyin dediklərinə əsasən şəhər Kaysiya və Albana çayları arasında yerləşirdi.Kaysiya Qusarçayın,Albana isə Samur çayının antik adıdır. Muravyevin fikrincə Boziata şəhəri Oğuzun Kərimli kəndi ərazisində olub

 

İuna şəhəri–Qafqaz Albaniyası şəhəri

Image

Xəritə 1535-ci ildə Ptolomeyin yazdıqlarına əsasən Mişel Servet tərəfindən çəkilib.

 

İuna şəhəri Kamilla Treverin yazdıqlarına əsasən  ilk dəfə 2-ci əsrdə yunan tarixçisi Klavdiv Ptolomey tərəfindən adı çəkilir.19-cu əsrdə Yanovski şəhərin Şəkinin Göynük kəndi ərazisində olduğunu iddia etsə də son dövrlərdə rus tarixçi Sergey Muravyev Şəkinin ərazinin Cunud kəndində olduğunu sübut elədi.Maraqlıdır ki,Muravyev Ptolomeyin dedikləri əsasında Cunud kəndində daha bir Qafqaz Albaniyası şəhəri Sanuyunun olduğunu söyləmişdir.

 

Xobota şəhəri

Image

Xəritə 1865-ci ildə alman kartoqraf Karl fon Spuner  tərəfindən çəkilib.

 

Xobota şəhəri hal hazırki Quba şəhəri ərazisində mövcud olmuş Qafqaz Albaniyası şəhəridir.Ptolomey Qafqaz Albaniyası şəhərləri içərisində Xobotanın adını çəkir.Azərbaycanlı tarixçi Yusif Yusifov 1965-ci ildə yazdığı «Quba və «Xaçmaz» adları haqqında kitabında Xobotanı  «xobo» və «ta» hissələrinə ayıraraq müasir Quba sözünün burdan yarandığını iddia etmişdir.